Floridada binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

ABŞ-ın Florida ştatında yaşayış evinin çökməsi nəticəsində ölənlərin sayı artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı Mamayi-Deyd dairəsinin rəhbəri Daniela-Livayn Kava deyib.

Onun sözlərinə görə, axtarış və xilasetmə işləri davam etdirilir: “Ölənlərin sayı 5 nəfər çatıb. Biz indiyə qədər 156 nəfərin taleyi barədə heç nə bilmirik”.


Daniela-Livayn Kava əlavə edib ki, xilasedicilər hələ də dağıntılar altında sağ qalanların olduğuna ümid edirlər.