Britaniyada ötən sutka koronavirusa 18 mindən çox yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 18 270 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 4 717 811 nəfərə çatıb.


Məlumata əsasən, ötən sutkada koronavirusdan daha 23 nəfər, hazırkı dövrədək isə 128 089 nəfər vəfat edib.