Binəqədi rayon məhkəməsində Xalq artisti Flora Kərimovanın
müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi
şikayətlə bağlı məhkəmə iclası keçirilib.
AzerTimes-ın məlumatına görə, hakim Mahirə Kazımovanın sədrliyi ilə
keçirilən prosesdə xüsusi ittihamçının vəkili Xavər İsmayılova
şikayət dəlillərini məhkəmənin diqqətinə çatdırıb.
Flora Kərimova bildirib ki, qarşı tərəfdən təhqir və böhranlara
məruz qalıb və ona görə də məhkəməyə müraciət edib. O, Afət
Fərmanqızının barəsində dediklərini şəxsiyyətinə hörmətsizlik hesab
etdiyini bildirərək şikayətinin icraaata qəbul olunmasını xahiş
edib.
Təqsirləndirilən şəxs Afət Fərmanqızı isə səhhəti ilə bağlı
müalicədə olduğu üçün məhkəmədə iştirak etməyib.
Afət Fərmanqızının vəkili xüsusi ittihamçının dediklərini inkar
edib.
O, təhqir hesab olunan ifadələrdə Flora Kərimovanın adının
keçmədiyini bildirib.
Məhkəmənin yekun qərarına əsasən, xüsusi ittiham qaydasında
verilmiş şikayət icraata götürülüb.
Xatırladaq ki, Xalq artisti Flora Kərimova müğənni Afət
Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci
(böhtan) maddəsi ilə ittiham olunmasını tələb edir.