Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Bu gün İsveçin paytaxtı Stokholmda 2021-ci il Nobel həftəsi çərçivəsində fizika üzrə mükafatın laureatları açıqlanıb.

Trend-in məlumatına görə, bu il bu mükafatı yaponiyalı meteoroloq və iqlimşünas Syukuri Manabe, almaniyalı okeanoqraf Klaus Hasselmann və italiyalı fizik Corco Parizi əldə edib.

S.Manabe və K.Hasselmann Yerin iqliminin fiziki modelləndirilməsi və iqlim dəyişikliyinin etibarlı şəkildə proqnozlaşdırılması üzrə işlərə görə, C.Parizi isə iqlim də daxil olmaqla planetar miqyasda qəliz sistemlərin tədqiqinə görə Nobel mükafatına layiq görülüb.

Qeyd edək ki, ötən gün amerikalı fizioloq Devid Culius tibb və fiziologiya üzrə mükafatı qazanmışdı.

Nobel həftəsi çərçivəsində oktyabrın 6-da kimya, 7-də ədəbiyyat, oktyabrın 8-də sülh, oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.

Mükafatlar bu il dekabrın 10-da sahiblərinə təqdim olunacaq.