Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən
baxıb. Agentlik Bankın uzunmüddətli və qısamüddətli emitentin
defolt reytinqlərini B səviyyəsində saxlayıb və reytinq proqnozunu
Stabil olaraq təsdiqləyib. ABB-nin Dövlət Dəstəyi reytinqi isə NS
səviyyəsində təsdiqlənib.
Agentliyin verdiyi şərhdə ABB-nin dayanıqlı maliyyə
göstəricilərinə, o cümlədən möhkəm kapital buferlərinə malik olması
xüsusi vurğulanır. Aşağı riskli kreditlərin portfeldəki ümumi
payının, aktivlərin keyfiyyətinin, son üç ildəki layiqli
gəlirliliyin Bankın adekvat likvidlik mövqeyini əks etdirdiyi
göstərilir. Bildirilir ki, ABB-nin böyük kapital buferi valyuta
risklərini azaldır. Bankın kapital adekvatlığı göstəriciləri
requlyativ tələbləri əhəmiyyətli şəkildə üstələyir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.