Finlandiyada koronavirus yeni mutasiyası aşkar edilib

Finlandiyada yeni koronavirus ştammı aşkarlanıb, onun yoluxma səviyyəsi mütəxəssislər tərəfindən müəyyənləşdirilir.

Trend TASS-a istinadən xəbər verir ki, mutasiyanın qeydə alınması yerli “Vita Laboratoriot” mərkəzi tərəfindən təsdiqlənib. Ştamma “Fin-796H” adlandırılıb. Həkimlərin sözlərinə görə, yeni növün tərkibində ingilis və cənubafrikan ştammlarında olan mutasiyalar var.

Finlandiyada koronavirusa yoluxanların sayı son sutkada 548 nəfər artaraq 51 595-ə çatıb. Ümumilikdə ölkədə infeksiyanın yaratdığı fəsadlardan 723 nəfər dünyasını dəyişib.

Teqlər: