Türkiyə hər zaman NATO-nun genişlənməsi və güclənməsinin tərəfdarıdır. Biz NATO-ya yeni üzvlərin qəbulu prosesini ləngitmirik.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda NATO Baş katibi Yens Stoltenberqlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Finlandiya və İsveç embarqonu ləğv edib, qanunvericiliyə dəyişiklik edib, lakin bu, kifayət deyil”, – Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, Finlandiya və İsveçin NATO-ya qəbulu üçün Türkiyə tələblər irəli sürüb.