Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı fikir ayrılıqlarını
həll etmək üçün Türkiyə ilə işləyir və Ankaranın bu kontekstdə
qaldırdığı təhlükəsizlik problemlərinin həllinin zəruri olduğu ilə
razılaşırlar.
Trend türk
KİV-lərinə istinadla xəbər verir ki, bu bəyanatla Finlandiya və
İsveç liderləri Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşündən sonra
keçirilən brifinqdə çıxış ediblər.
Finlandiya prezidenti Sauli Niinistö qeyd edib ki, Helsinki
Türkiyə ilə yaxşı ikitərəfli münasibətləri ilə fəxr edir.
“Biz razıyıq ki, Türkiyənin bir NATO üzvü kimi təhlükəsizlik
məsələləri həll olunmalıdır. Biz terrorla mübarizəyə ciddi yanaşır
və terrorçuluöun bütün formalarını pisləyirik”, – S. Niinistö
vurğulayıb.
O, əlavə edib ki, Finlandiya tərəfi artıq Türkiyə ilə dialoq
aparır və bu danışıqlar yaxın günlərdə də davam etdiriləcək.
İsveçin baş naziri Maqdalena Andersson, öz növbəsində,
Stokholmun mövcud problemlərin həlli üçün Türkiyə də daxil olmaqla,
bütün NATO üzv dövlətləri ilə müxtəlif səviyyələrdə dialoq
apardığını bildirib.