Finlandiya və İsveç tez bir zamanda NATO-ya üzv ola bilər – baş katib

Finlandiya və İsveç tezliklə NATO-ya qoşula bilər.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə təşkilatın baş katibi
Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, keçirilən rəy sorğuları hər iki ölkənin
alyansa üzv olmaq niyyətini açıq şəkildə nümayiş etdirir.

“Əslində, bu onların öz qərarlarıdır. Lakin müraciət etmək
qərarına gəlsələr, Finlandiya və İsveç “isti” qarşılanacaq və mən
bu prosesin tez getməsini gözləyirəm”, – Y. Stoltenberq qeyd
edib.

Qeyd edək ki, Finlandiya və İsveçdə NATO-ya üzvlük üçün ictimai
dəstək rekord həddə çatıb, adıçəkilən ölkələrin may ayında üzvlüklə
bağlı müraciət etmə ehtimalı yüksəkdir.

Sorğular göstərib ki, hazırda isveçlilərin və finlərin
əksəriyyəti hərbi alyansa qoşulmağın tərəfdarıdır.

Teqlər: