NATO üzvləri İsveç və Finlandiyanın alyansa qəbul edilməsi
prosesini sürətləndirməyin yollarını axtarırlar, ümid edirik ki, bu
bir neçə ay ərzində baş verəcək.
Trend xəbər verir ki, bunu “Sky News”a müsahibəsində ABŞ
NATO-dakı daimi nümayəndəsi Culiann Smit deyib.
“İdeal olaraq, düşünürəm ki, biz bu prosesin bir neçə ay ərzində
tamamlanmasını istərdik. Bu, bizim məqsədimizdir”, – deyə C.Smit
bildirib.
Onun sözlərinə görə, son həftələrdə NATO müttəfiqləri sözügedən
ölkələrin alyansa qəbul edilməsi prosesini qısaltmaq yollarını
axtarırlar. Bəzi hallarda NATO-ya qəbul edilmə prosesi təxminən bir
il çəkə bilər, lakin Ukraynadakı vəziyyətə görə “bütün müttəfiqlər
bu prosesin sürətləndirilməsi ilə razılaşır”.
C.Smit əlavə edib ki, NATO Türkiyənin İsveç və Finlandiyanın
alyansa qoşulması ilə bağlı şübhələrinə ciddi yanaşər, lakin
müttəfiqlərin konsensusa gələ biləcəyinə inanır.