Finlandiya Rusiyanın 900 yük vaqonuna həbs qoydu

Finlandiya Rusiyanın 900 yük vaqonuna həbs qoydu

Finlandiya AB-nin sanksiyalarına görə Rusiya şirkətlərinə məxsus 900-ə yaxın yük vaqonuna həbs qoyub.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Rusiyadan gələn 865 vaqon məhkəmə icraçıları tərəfindən həbs edilib. Finlandiya AB sanksiyalarına uyğun olaraq nəqliyyat firmaları da daxil olmaqla, Rusiya və Belarusun onlarla fiziki və hüquqi şəxsinin ən azı 82 milyon avro dəyərində aktivlərini dondurub”, – məlumatda deyilir.

Teqlər: