“FINCA Azerbaijan” 2021-ci ilin maliyyə hesabatını açıqladı

“FINCA Azerbaijan” Qeyri Bank Kredit Təşkilatının illik maliyyə
hesabatına əsasən, “FINCA Azerbaijan” QBKT 2021-ci il ərzində 2
milyon 612 min AZN məbləğində xalis mənfəət əldə etməklə, şirkətin
son illər ərzində malik olduğu müsbət yönlü gəlirlilik
tendensiyasını qoruyub saxlaya bilib.

2021-ci il ərzində “FINCA Azerbaijan” təşkilatı əksəriyyəti kənd
yerlərində yaşayan müştərilərə 42 milyon AZN məbləğində yeni
kreditlər təqdim edib və bununla da özünün kredit portfelini 62%-ə
kimi artırıb. Ölkə üzrə müxtəlif bölgələrdə əlavə filialların
yaradılması da biznesdəki bu artıma öz töhfəsini verib. “FINCA
Azerbaijan” 2022-ci il ərzində də öz əməliyyatlarının
effektivliyini artırmağa davam etməyi və cari ildə regional
filialların sayını 22-dən 28-yə çatdırmağı planlaşdırır.

“FINCA Azerbaijan” 2021-ci il ərzində müştərilərlə yaxından
işləyərək, onlara bizneslərini çətin mikro və makro iqtisadi
şəraitə uyğunlaşdırmağa kömək etmişdir. Dünyada hökm sürən Covid-19
pandemiyası və Vətən müharibəsinin müştərilərin biznesinə mümkün
təsirini azaltmaq üçün zərərçəkmiş sahibkarlara kreditlərin uyğun
şərtlərlə restruktruzasiyası təklif edilib.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı
mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən
kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara
xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan”
“FINCA Impact Finance” təşkilatına aid olan 18 bank və
mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyon müştəriyə çatan
qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün
https://finca.az/ saytına və ya
rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.

Teqlər: