Finala çıxdığımı öyrənəndə çox sevindim – Azərbaycanlı gimnast Məryəm Topçubaşova

Xəbər - Cani Babayeva – Trend:

Finala çıxdığımı öyrənəndə çox sevindim.

Bunu AzerTimes-a azərbaycanlı gimnast, qadınlar arasında fərdi hərəkətlərdə finala yüksəlmiş Məryəm Topçubaşova deyib.

O bildirib ki, finalda daha yaxşı çıxış etməyə çalışacaq: “Finalda çalışacam ki, mükafatlar uğrunda mübarizə aparım. Təsnifatda çıxışdan sonra məşqçi məni təriflədi və dedi ki, bundan sonra daha yaxşı çalışmaq laızmdır”.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: