Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 47-yə yüksəlib

Filippinin Holo adasında ölkə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı daha iki nəfər artaraq 47-yə yüksəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə naziri Sirilito Sobedjan bildirib.

Məlumata əsasən 49 hərbçi xəsarət alıb. Hazırda təyyarənin göyərtəsində olan bütün sərnişinlər tapılıb.

Daha əvvəl respublikanın müdafiə nazirliyi 42 hərbi qulluqçu və 3 mülki şəxsin cəsədinin aşkarlanması barədə məlumat verib.

Teqlər: