Filippin və İndoneziya orduları qarşılıqlı fəaliyyətin və
terrorla mübarizə imkanlarının təkmilləşdirilməsinə yönəlmiş birgə
təlimlər keçirmək barədə razılığa gəliblər.
Trend “The Philadelphia Inquirer” nəşrinə istinadən xəbər verir
ki, təlimlər 1-5 avqust tarixlərində keçiriləcək.
Təlimlərin keçirilməsi ilə bağlı razılıq ötən həftə Manilada
İndoneziya Quru Qoşunlarının nümayəndələrinin iştirakı ilə
keçirilən dörd günlük planlaşdırma konfransı zamanı əldə
olunub.