Bazar günü Filippinin ən böyük adası olan Luzon adasının qərb sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Honq Konq Rəsədxanasının seysmoloji şəbəkəsi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Baqio şəhərindən 270 km cənub-qərbdə, Cənubi Çin dənizinin akvatoriyasında olub.
Zəlzələ ocağının dərinliyi haqqında, həmçinin tələfat və dağıntılar barədə məlumat yoxdur.