Britaniya Avropadakı hərbi kontingentini gücləndirməyə hazırlaşır

Böyük Britaniyanın baş naziri Boris Conson ölkənin müdafiə nazirinə Estoniyadakı Britaniya hərbi kontingentini ikiqat artırmağı və əlavə hərbi texnikanı Avropaya ötürməyi tapşırıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Britaniya hökümət başçısının mətbuat xidməti yayıb.

“Bu paket aydın mesaj verəcək ki, biz sabitliyi pozan fəaliyyətə dözməyəcəyik və düşmənçilik fəaliyyəti qarşısında həmişə NATO müttəfiqlərimizin yanında olacağıq. Mən NATO müttəfiqlərimizi quruda, dənizdə və havada dəstəkləyə bilməyimiz üçün gələn həftə heyət və texnikanın Avropaya göndərilməsinə hazırlaşmağı tapşırdım”, – Conson bildirib.

Hazırda Estoniyada 900 Britaniya hərbçisi yerləşib. Bundan əlavə, 150 nəfər Polşada, 100 nəfərə qədər adam isə təlimatçı kimi Ukraynadadır.

Teqlər: