Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək

Prezident İlham Əliyev Fikrət Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Fikrət Yaqub oğlu Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Teqlər: