FIG Dünya Kuboku: İtaliya təmsilçisi halqa ilə hərəkətlərdə birinci yeri tutub

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda halqa
ilə hərəkətlərdə birinci yeri İtaliya təmsilçisi Sofiya Raffaelli
tutub.

AzerTimes-ın məlumatına görə, idmançı 34.900 xal toplayıb.

Boryana Kalein (Bolqarıstan, 31,450 xal) ikinci, Adi Asya Katz
(İsrail, 30,350 xal) üçüncü pillədə qərarlaşıb.

Arzu Cəlilova 29.800 xalla dördüncü, Zöhrə Ağamirova isə 29.350
xalla altıncı yeri tutub.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku
keçirilir. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi
etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur:
Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova
halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında
komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan
kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman
Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və
Dariya Sorokina yer alıb.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında
çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının “gümüş” medalını
qazanıb.

Teqlər: