FIG Dünya Kuboku: İsrail təmsilçisi gürzlərlə hərəkətdə birinci yeri tutub

Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunda gürzlərlə
hərəkətdə birinci yeri İsrail təmsilçisi Daria Atamanov tutub.

AzerTimes-ın
məlumatına görə, hakimlər idmançının çıxışını 30,950 xalla
qiymətləndiriblər.

Yelizaveta Polstyanaya (Latviya, 30,700 xal) ikinci, Sofiya
Raffaelli (İtaliya, 29,800 xal) üçüncü yerdə qərarlaşıb.

Azərbaycan gimnastı Zöhrə Ağamirova 28,250 xalla altıncı yeri
tutub.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku
keçirilir. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi
etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur:
Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova
halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında
komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan
kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman
Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və
Dariya Sorokina yer alıb.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında
çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının “gümüş” medalını
qazanıb.

Teqlər: