FIG Dünya Kuboku: Azərbaycan gimnastları daha iki finala yüksəliblər

Azərbaycan idmançıları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda
keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda daha iki finala
yüksəliblər.

Arzu Cəlilova 29.750 xal toplayaraq lentlə hərəkətdə finala
yüksəlib və dördüncü yeri tutub. Zöhrə Ağamirova 30.400 xal
toplayaraq gürzlərlə proqramın finalına çıxıb və beşinci yeri
tutub.

Xatırladaq ki, Bakıda keçirilən Dünya Kubokunun seçmə
mərhələsinin ilk gününün yekunlarına görə, azərbaycanlı idmançılar
halqa ilə hərəkətin finalına çıxıblar: Cəlilova 32,050 xalla
üçüncü, Ağamirova isə 31,650 xalla dördüncü yeri tutub. Bundan
başqa, Arzu Cəlilova 31.000 xalla üçüncü yeri tutaraq topla
hərəkətin finalına yüksəlib.

Teqlər: