Aprelin 24-də Bakıda Milli Gimnastika Arenasında bədii
gimnastika üzrə FIG Dünya Kubokunun final yarışları
keçiriləcək.
Trend xəbər
verir ki, çıxışlar saat 12:00-da start götürəcək.
Dünya Kubokunun final günündə idmançılar altı dəst medal uğrunda
mübarizə aparacaq (dördü fərdi hərəkətlərdə, ikisi qrup
çıxışlarında). Azərbaycan millisi yarışın bütün finallarında təmsil
olunur: Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə
Ağamirova halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup
çıxışlarında komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla
olan kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman
Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və
Dariya Sorokina yer alıb.
Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.
Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında
çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının “gümüş” medalını
qazanıb.