Ferstappen Formula 1 Emilia-Romanya Qran Prisinin sprint yarışında qalib gəlib

“Red Bull” komandasının Hollandiyalı pilotu Maks Ferstappen 2022
Formula 1 Dünya Çempionatının İtaliyanın İmola şəhərində keçirilən
Emilia-Romanya Qran Prisində sprint yarışlarında birinci yeri
tutub.

Trend xəbər
verir ki, ikinci yeri “Ferrari” komandasının pilotu Monakolu Şarl
Lekler, üçüncü yeri meksikalı Serxio Peres (“Red Bull”) tutub.

Sprint yarışlarında xallar ilk səkkiz pilota verilir. Qalib
səkkiz xal, səkkizinci yeri tutan isə bir xal qazanır. Bazar günü
keçiriləcək əsas yarışda sürücülər sprinti bitirdikləri
ardıcıllıqla start götürəcəklər.

Sprint yarışı Formula 1-də ötən mövsümdən keçirilir və 100
km-lik yarışdır. Ümumilikdə bu çempionat sprint yarışları üç
mərhələdə keçiriləcək.

Dünya çempionatının ümumi sıralamasında Lekler birinci yeri
tutur (78 xal). İkinci pillədə onun komanda yoldaşı ispan Karlos
Sayns (38), üçüncü yerdə isə “Mercedes”in britaniyalı sürücüsü Corc
Rassel (37) qərarlaşıblar. Hazırkı dünya çempionu Ferstappen
beşinci yerdədir (33). Konstruktorlar Kubokunda 116 xalla Ferrari
başçılıq edir, Red Bull 69 xalla ikinci, Mercedes (65) isə
üçüncüdür.

Teqlər: