FIG Dünya Kuboku: Arzu Cəlilova və Zöhrə Ağamirovanın lentlə hərəkətlərinin nəticələri məlum olub (FOTO)

Azərbaycan gimnastları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda
bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci günü
çərçivəsində lentlə hərəkətlər ediblər.

Arzu Cəlilova lentlə hərəkətə görə hakimlərdən 29.750 bal
toplayıb və hazırda dördüncü aralıq yeri tutur.

Zöhrə Ağamirovanın çıxışı arbitrlər tərəfindən 27.600 balla
qiymətləndirilib və idmançı aralıq 12-ci yeri tutur.

Bu gün gimnastlar dərnəklərlə proqram təqdim edəcəklər.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə
mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu
Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu
illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev
sahibliyi edib.

Teqlər: