Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirildi (FOTO)

22 aprel 2022-ci tarixdə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı
Dövlət Peşə Təhsil Mərkəzində genişmiqyaslı “Açıq qapı” günü baş
tutdu. Tədbirdə Xəzər rayonu, Icra Başçısı Elşən Salahov, millət
vəkili Rauf Əliyev, millət vəkili Ceyhun Məmmədov, BMTİP-nin
Rezident nümayəndəsinin müavini Xanım Çaru Bista, Peşə Təhsili üzrə
Dövlət Agentliyinin, Şöbə müdiri Röyal Yolçuzadə və digər rəsmilər,
rayonun şəhid ailələrinin nümayəndələri, məktəb direktorları, xalq
artistləri, kinorejissorlar, gənc aktyorlar, o cümlədən 50 dən çox
orta ümumtəhsil məktəblərindən 2000 dən çox yuxarı sinif
şagirdləri, valideynlər, müəllimlər və özəl sektor nümayəndələri
mərkəzimizin qonağı oldu.

Mərkəzimizdə keçirilən “Açıq qapı” günündə ziyarətçilər mövcud
avadanlıq və xidmətlərlə yerində tanış oldular , həmçinin qəbul
qaydaları barədə ətraflı məlumat aldılar. Bununla yanaşı
iştirakçılar, mərkəzimizin uğurlu məzunları ilə tanış olub
sənətkarlıq, media və televiziya , iaşə və xidmətə aid bütün
ixtisaslarımızın ustad dərslərini izlədilər.Həmçinin mərkəzimizin
karyera mərkəzinə yaxınlaşaraq müvafiq karyera perspektivləri
haqqında müzakirələr edib sorğuda iştirak etdilər. Tədbirdə
müxtəlif ixtisaslarda təhsil alan tələbələrin əl işləri sərgiləndi,
və mərkəzin tədris emalatxanalarına baş çəkildi. Sonra gələn
qonaqlardan müsahibə alınaraq mərkəz haqqında ilkin təəssüratları
öyrənildi. Sonda xatirə şəkillləri çəkildi.

Tədbir Avropa İttifaqının ( Delegation of the European Union to
Azerbaijan) maliyyələşdirdiyi, BMTİP ( UNDP Azerbaijan ) və Peşə
Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi “Gələcək üçün
peşə təhsili və təlimi” layihə çərçivəsində həyata keçirilib.

Teqlər: