FİFA Ukrayna Prezidenti Vladimir Zelenskinin istəyini rədd edib.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd edilir ki, Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 18-də Qətərdə keçiriləcək Dünya Çempionatının final görüşü öncəsi sülh mesajı ilə çıxış etmək istəyib. Lakin FİFA onun bu istəyini rədd edib.