Direktorun ad günü üçün yığılan pullar geri qaytarıldı

Direktorun ad günü üçün yığılan pullar geri qaytarıldı

Paytaxtdakı Texniki-humanitar liseydə direktorun ad günü münasibətilə pul yığılması barədə daxil olmuş məlumatla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb.

İdarədən AzerTimes-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, “8F” sinfində oxuyan şagirdlərdən birinin valideyni sinfin digər valideynlərinə məktəb direktoruna gül buketi almaq üçün pul yığılmasını təklif edib.

“Təklifi qəbul edən bir neçə valideyn kart vasitəsilə 5 manat pulu könüllü olaraq ödəyiblər.

Araşdırma nəticəsində pul yığımının qarşısı alınıb və toplanmış vəsaitlər geri qaytarılıb. Digər siniflərdə analoji hallar müəyyən edilməyib”, – deyə BŞTİ-dən bildirilib.

Teqlər: