FIFA Qətərdə keçiriləcək dünya çempionatından 7 milyard dollar gəlir əldə etməyi planlaşdırır

Xəbər - Trend

Beynəlxalq Futbol Federasiyası (FIFA) Qətərdə keçiriləcək dünya
çempionatından 7 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

AzerTimes-ın məlumatına görə, bunu FIFA konqresində təşkilatın
prezidenti Canni İnfantino bildirib.

O qeyd edib ki, bu göstərici rekord rəqəm olacaq. C.İnfantino
əlavə edib ki, hazırda dünya futbolunda TV yayımlarından, sponsor
və marketinq gəlirləri ilə bağlı vəziyyət koronavirus pandemiyasına
baxmayaraq yaxşı vəziyyətdədir.

FIFA dünya çempionatının finalınadək TV yayım gəlirlərinin daha
da artacağını gözləyir.

Qeyd edək ki, 2022-ci il futbol üzrə dünya çempionatı noyabrın
21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Final mərhələsinin püşkatma mərasimi aprelin 1-də Dohada baş
tutacaq.

Teqlər: