FIFA Əfqanıstandan 100 nəfəri təxliyə edib

Beynəlxalq Futbol Federasiyası (FIFA) Əfqanıstandan 100 nəfəri təxliyə edib.

AzerTimes-ın məlumatına görə, bu barədə təşkilatın rəsmi saytında yerləşdirilən açıqlamada deyilir.


Məlumata əsasən, söhbət “futbol ailəsinin üzvləri” və qadın futbolçulardan gedir. Təşkilat təxliyə prosesindəki yardıma görə Qətər hökumətinə də təşəkkür edib.