FIDE reytinqi: Məmmədyarov 11-ci, Rəcəbov 13-cü yerdə qərarlaşıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) reytinq siyahısını yeniləyib.

AzerTimes-ın məlumatına görə, reytinqdə birinci yeri 2 855 xalla norveçli Maqnus Karlsen, ikinci yeri 2 799 xalla çinli Liren Dinq, üçüncü yeri isə 2 791 xalla amerikalı Fabiano Karuana tutublar.


Azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov 2 765 xalla 11-ci, Teymur Rəcəbov isə 2 763 xalla 13-ü yerdə qərarlaşıblar.

Teqlər: