Fidandan Qərbə xəbərdarlıq: Fikirləşməsinlər ki…

Fidandan Qərbə xəbərdarlıq: Fikirləşməsinlər ki…

Qəzza böhranı həll olunmasa, bunun kimi münaqişələr artmaqda davam edəcək.

AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan misirli həmkarı Samih Şükri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Digər ölkələr, xüsusilə Qərb fikirləşməsin ki, müharibə yalnız Yaxın Şərqdə baş verəcək və onlara heç bir təsiri olmayacaq. Əvvəldən dediyimiz kimi, Fələstinlə bağlı baş verən hər şey qlobal böhranlar yaratmaq potensialına malikdir. Yaradır da. Burada baş verənlər həm qərbə, həm şərqə, həm şimala, həm də cənuba təsir edir”, – Fidan bildirib.

Teqlər: