Fidandan PKK hücumuna sərt reaksiya

Fidandan PKK hücumuna sərt reaksiya

Sərhədlərimiz daxilində və xaricində PKK terror təşkilatına qarşı sona qədər mübarizə aparacağıq.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan X hesabında yazıb.

XİN başçısı İraqın şimalında keçirilən “Pəncə-Kilid”əməliyyatı bölgəsində şəhid olan hərbçilərə Allahdan rəhmət diləyib, ailələrinə, yaxınlarına, Türkiyə xalqına başsağlığı verib.

Qeyd edək ki, yanvarın 12-də “Pəncə-Kilid”əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

Teqlər: