Fidan Berbokla Qəzzanı müzakirə etdi

Fidan Berbokla Qəzzanı müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidanla almaniyalı həmkarı Annalena Berbok arasında görüş olub.

AzerTimes xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Hakan Fidan həmkarına Qəzzada davam edən savaşın dərhal dayandırılması üçün tədbirlər görülməsinin vacibliyini bildirib.

Görüş zamanı hər iki tərəf Qəzzaya humanitar yardımın çatdırılması üçün daha çox səy göstərilməsi ilə bağlı razılığa gəlib.

Teqlər: