Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın baş verən ərazidən yeni
görüntüləri yayıb.
Trend xəbər
verir ki, əraziyə 10-dan artıq yanğınsöndürmə briqadası cəlb
edilib.
Xatırladaq ki, FHN-nin “112” qaynar telefon xəttinə Sumqayıt
şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “Azərsun Sənaye Parkı”nın
ərazisində yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov
yanğın baş verən əraziyə gəlib.
yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə
qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və
Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.
Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və
söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam
etdirilir.