FHN: Ötən sutka 32 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, “112” qaynar
telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti
qurumları tərəfindən ötən sutka ərzində 32 yanğına çıxış həyata
keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində
yanğınların operativ söndürülməsi təmin edilib.

Teqlər: