Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 4 halda köməksiz
vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib.
Fövqəladə Hallar Nazirliyindən
Trend-ə verilən məlumata görə, görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si
azyaşlı olmaqla 4 nəfər, o cümlədən Bakı şəhərinin Xəzər rayonu
ərazisində özünü dənizə ataraq intihara cəhd edən 1 nəfər xilas
olunub, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, Bakı şəhərinin
Nərimanov və Suraxanı rayonlarında 2 nəfərin meyiti bağlı qapı
arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.