FHN: Ötən gün 88 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən ötən sutka ərzində 88 yanğına çıxış, 4 köməksiz
vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə
qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən Trend-ə bildirilib ki, görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5
nəfər, o cümlədən Gəncə şəhərində “УАЗ” markalı minik avtomobilinin
ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat
vasitəsində sıxılı vəziyyətdə qalan sürücü və Bakı şəhəri, Nəsimi
rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində
yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyən 1 nəfər
xilas edilib.

Həmçinin, Sumqayıt şəhərində 1957-ci il təvəllüdlü Seyfullayeva
Rəhilə Xanoğlan qızının meyiti bağlı qapı arxasında aşkar olunaraq
aidiyyəti üzrə təhvil verilib.

Teqlər: