Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN)
üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və
ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan
qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən AzerTimes-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin
“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında
Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30
yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat
qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların
operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin
edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i
azyaşlı olmaqla 9 nəfər, o cümlədən Ağdaş rayonunun Aşağı Zeynəddin
kəndində “Chevrolet” və “Mercedes” markalı iki minik avtomobilinin
toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat
vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın
zamanı 1 nəfər tüstüdən zəhərlənib.