Ötən gün ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112”
qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə
köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.
FHN-dən Trend-ə bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb
olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə
qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin
edilib.