FHN məlumat yaydı: Gəncə və Naftalanda…

FHN məlumat yaydı: Gəncə və Naftalanda…

Ölkə ərazisində davam edən qeyri-sabit və yağmurlu hava şəraiti bir sıra fəsadlara səbəb olub.

AzerTimes xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Gəncə şəhərinin “Yeni məhəllə” adlanan ərazisində fərdi yaşayış evinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Bununla əlaqədar dərhal əraziyə cəlb edilən FHN Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bundan əlavə, FHN-in “112″ qaynar telefon xəttinə daxil olmuş müraciət əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan Şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən Naftalan şəhərində su basmış ərazidən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Teqlər: