FHN maşında sıxılıb qalan şəxsi belə xilas etdi – Video

FHN maşında sıxılıb qalan şəxsi belə xilas etdi – Video

Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağstafanın Dağ Kəsəmən kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə dərhal yanğınsöndürən-xilasedicilər cəlb edilib.

Müəyyən olunub ki, VAZ-2107 markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sərnişin – 1991-ci il təvəllüdlü Musa Şahin oğlu Qocayev deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar təhqiqat aparılır.

Teqlər: