FHN jurnalistlər üçün təlim keçirdi

FHN jurnalistlər üçün təlim keçirdi

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə KİV nümayəndələri üçün “Sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik məsələləri ilə əlaqədar əhalinin maarifləndirilməsində KİV-in rolu” mövzusunda təlim keçirilib.

AzerTimes xəbər verir ki, təlimdə agentliyin məsul əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Təlimin keçirilməsində məqsəd sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik məsələləri ilə bağlı əhalinin maarifləndirilməsi işində KİV nümayəndələrinə dəstək, eyni zamanda Agentliyin fəaliyyət istiqamətləri ilə onların yaxından tanış olmalarına şərait yaratmaq olub.

İnteraktiv formada keçirilən təlim zamanı Agentliyin fəaliyyəti ilə bağlı mütəxəssislər KİV nümayəndələrinə geniş məlumat verib, suallar ətraflı cavablandırılıb.

Yekun olaraq təlimdə iştirak edən KİV nümayəndələrinə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən müvafiq sertifikatlar təqdim edilib.

Teqlər: