FHN-in mütəxəssisləri bu məktəblərdə tədbirlər keçirdi

FHN-in mütəxəssisləri bu məktəblərdə tədbirlər keçirdi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

AzerTimes xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin Nizami rayonu Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində, Gəncə Regional Mərkəzi tərəfindən Ağstafa rayonunun Sirac Əliyev adına Qırılı kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar rayonunun Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonunun Mahir Əzizov adına Bılıx kənd və Mehman Ağayev adına Yenikənd kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayonunun Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Teqlər: