FHN İbrahim Əliyevin axtarışları ilə bağlı məlumat yaydı

FHN İbrahim Əliyevin axtarışları ilə bağlı məlumat yaydı

2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən davam etdirilir.

AzerTimes xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Qeyd edək ki, İbrahim Əliyevin aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunur.

Teqlər: