FHN “Heydər Əliyev İli”nə həsr olunmuş daha bir tədbir keçirdi

FHN “Heydər Əliyev İli”nə həsr olunmuş daha bir tədbir keçirdi

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov ulu öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində misilsiz xidmətlərindən danışıb.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə azərbaycanlı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirdiyini qeyd edən R.Fəradov Dahi Rəhbərin ideyalarının əsasında azərbaycançılıq, Vətən, xalq, millət sevgisinin və dövlətə sədaqət hissinin dayandığını bildirib.

Sözünə davam edən Xidmət rəisi deyib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasi kurs ölkəmizin hərtərəfli inkişafına təminat verir.

Sonra Ulu Öndərin mənalı həyat yolundan və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Həmçinin, “Heydər Əliyev İli” çərçivəsində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin bir qrup əməkdaşı Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyi ilə yaxından tanış olublar.

Teqlər: