FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti
Heydər Əliyev adına Neft Emalı Zavodunun 2 saylı çənlər parkında
yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim
keçirib.

Nazirlikdən
Trend
-ə verilən məlumata görə, təlimin keçirilməsində əsas
məqsəd neft məhsulu saxlanılan çəndə yanğın baş verdikdə əraziyə
cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı
fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə
mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar
bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin
yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin
artırılması olub.

Təlimə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma
müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin yanğından mühafizə
bölmələri ilə birgə Bakı şəhəri Nizami və Xətai Rayon Yanğından
Mühafizə hissələri və 1 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə
Hissəsinin qüvvələri cəlb olunub.

Təlim zamanı neft məhsulu saxlanılan çəndə baş vermiş şərti
yanğın qısa müddətdə “söndürülüb”.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə
bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə
olunub, müvafiq tapşırıqlar verilib.

Teqlər: