FHN əməkdaşı: Türkiyənin yası bitənədək buradayıq – Video

FHN əməkdaşı: Türkiyənin yası bitənədək buradayıq – Video

Təəssüf ki, dağıntı çox olduğuna görə, yerdə Türkiyə və Azərbaycan bayrağı çoxdur. Biz gördüklərimizi götürürük. Kağız üzərində belə bayraqlarımızın rəsmini görsək, onu qoparıb cibimizə qoyuruq. Bayraq bizim üçün ən dəyərli bir şeydir. İkisi də bizim üçün eynidir.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə televiziyasına açıqlamasında Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qrupunun üzvü Əhmədov Mirhüseyn deyib. O, Azərbaycanın Türkiyə ilə qardaş olduğunu bir daha vurğulayıb:

“Gördüklərimiz yetərincə sarsıdıcıdır. Beş gündür burdayıq, Azərbaycan qrupu şəklində işləyirik. 25-30 nəfər sağ insan çıxardıq. Çıxardıqlarımızın əksəriyyəti uşaq olduğu üçün bir az sarsıdıcıdır. İzah etmək mümkün deyil. Biz Türkiyənin yası bitənədək buradayıq. Azərbaycan-Türkiyə eyni qardaşdır, ora da yasdadır. 40 gün Türkiyə yasdadırsa, Azərbaycan da yasdadır. Ölənlərin ailələrinə başsağlığı diləyirik. Allah səbir versin. Vallah, başqa bir şey deməyə sözüm yoxdur”.

Qeyd edək ki, sözügedən video sosial şəbəkə hesablarında dəfələrlə paylaşılıb.

Teqlər: