FHN-çilər 120 saat sonra qadını sağ çıxartdı – Video

FHN-çilər 120 saat sonra qadını sağ çıxartdı – Video

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

AzerTimes xəbər verir ki, FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində çox mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 120 saat qalmış 50 yaşlı Fatma adlı qadın sağ xilas olunub.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Teqlər: