FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı ilə əlaqədar
gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə AzerTimes-a FHN Mətbuat xidmətindən bildirilib.

Belə ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin
Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Ramazan bayramı
ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və
fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox
toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli
obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya
verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan
qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti
struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Teqlər: