FHN Bakıda intihara cəhdin qarşısını alıb

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Teqlər: